Hal-hazırda, əksər ölkələrdə/regionlarda avtomobil vasitələri ilə yükdaşıma şirkətlər tərəfindən ən çox tələb olunan daşıma növlərindən birinə çevrilib və müştərilər üçün çox sərfəlidir.
Azərbaycanda peşəkar avtomobil yükdaşıma şirkətlərindən biri olan “MSM TRANSPORT” MMC etibarlı və peşəkar şirkət olaraq sizə avtomobil nəqliyyatı ilə təhlükəsiz və səmərəli yükdaşıma xidmətləri təqdim edir. Avtomobil vasitəsilə yük daşınması xidmətlərini təqdim edərkən aşağıdakı qeyd olunan mərhələri nəzərə alırıq:
- Malların xüsusiyyətlərini və müştərilərin istəklərini araşdırmaq;
- Ən uyğun yükdaşıma marşrutunu seçmək və əlaqələndirmək;
- Lazımi müşayiətedici sənədləri hazırlamaq;
- Avtomobil yüklərinin daşınması: qablaşdırma, etiketləmə, saxlama;
- Yükləmə əməliyyatları;
- Yolda yüklərin sığortası;
- Avtomobil yüklərinin daşınmasının bütün marşrutunda malların vəziyyətinə nəzarət etmək.